Tramp: Si Cinpin İrana hərbi texnika göndərməyəcəyinə söz verdi


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin rəhbəri Si Cinpin Pekində baş tutan görüş zamanı İrana hərbi dəstək verməyəcəyini qətiyyətlə ifadə edib.

AFN.az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində qeyd edib. Onun sözlərinə görə, Çin sədri ABŞ və İsrailə qarşı müharibədə Tehrana heç bir hərbi texnika göndərməyəcəyinə söz verib.

Bundan əlavə, Si Cinpin regional sabitlik üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazının gəmiçiliyə açılması istiqamətində Vaşinqtona hər cür köməklik göstərməyə hazır olduğunu bəyan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu