Marko Rubio: ABŞ və İran arasındakı mümkün razılaşma ilə bağlı bu gün irəliləyiş ola bilər



ABŞ Dövlət Katibi Marko Rubio ölkəsi ilə İran arasında mümkün razılaşma istiqamətində işlərin davam etdiyini və bu gün müsbət irəliləyişlərin ola biləcəyini diqqətə çatdırıb.

AFN.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə jurnalistlərə açıqlama verən Rubio danışıqların hələ də sürdüyünü bildirib.

Ötən gecə bir irəliləyiş olacağını düşündüklərini qeyd edən Rubio ABŞ və İran arasındakı potensial razılaşma ilə bağlı bu gün yeni inkişaf mərhələsinin yaşana biləcəyini dilə gətirib.

O, Hörmüz boğazının yenidən açılmasını təmin edəcək təklifin və nüvə danışıqlarının masada olduğuna diqqət çəkərək buna nail olacaqlarına ümid etdiyini vurğulayıb.

Rubio ABŞ Prezidenti Donald Trampın pis bir razılaşmaya imza atmayacağını və ölkəsinin diplomatiyanın uğur qazanması üçün hər cür fürsəti dəyərləndirəcəyini sözlərinə əlavə edib.

Xatırladaq ki, dünən Yeni Dehlidə Hindistanın Xarici İşlər Naziri Subrahmanyam Caişankar ilə keçirdiyi görüşdən sonra danışan Dövlət Katibi İran və Hörmüz boğazı mövzusunda günün irəliləyən saatlarında yeni xəbərlərin gələ biləcəyini ifadə etmişdi.

Rubio İranla razılığa gəlmək istiqamətində ciddi irəliləyiş qeyd edilsə də, hələlik yekun nəticənin əldə olunmadığını diqqətə çatdırmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu