"Qalatasaray" Eduardo Kamavinqa ilə maraqlanır


“Real Madrid”in futbolçusu Eduardo Kamavinqa gələcək karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

AFN.az xəbər verir ki, Fransa yığmasının yarımmüdafiəçisi ilə “Qalatasaray” yaxından maraqlanır. Məlumatı türkiyəli insayder Yağız Sabuncuoğlu paylaşıb.

İddialara əsasən, İstanbul təmsilçisi 23 yaşlı oyunçunun transfer durumu barədə “Real Madrid” rəhbərliyi ilə ilkin məlumat mübadiləsi aparıb. Bununla belə, Kamavinqa üçün hələ rəsmi təklif təqdim olunmayıb.

Xatırladaq ki, Eduardo Kamavinqa 2021-ci ildən etibarən Madrid klubunun şərəfini qoruyur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu