“Real Madrid”in futbolçusu driblinq sayında “Top-5” liqalara başçılıq edir


İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisyus Junior uğurlu driblinq sayında “Top-5” liqalara başçılıq edir.


“AFN.az” xəbər verir ki, braziliyalı hücumçunun cari mövsüm La Liqada 86 cəhdi dəqiq alınıb.

Vinisyus Fransa təmsilçisi PSJ-də çıxış edən Lionel Messini cəmi 2 driblinq qabaqlayır. Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellinqem 75 uğurlu driblinqlə ilk “üçlüy”ü qapayır.

“Böyük beşlik” ölkələrinin yüksək liqalarında sıralamanın digər yerlərini Almaniyada oynayan futbolçular tuturlar. “Bayer”in müdafiəçisi Ceremi Fimponq (71) dördüncü pillədədirsə, “Bavariya”nın üzvləri Alfonso Devis və Leroy Sane (68) 5-6-cı yerləri bölüşdürürlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu