İran Pakistanın vasitəçiliyi ilə ABŞ-a 14 maddəlik yeni təklif mətni təqdim etdi



İranın Pakistanın vasitəçiliyi ilə ABŞ-a 14 maddədən ibarət yeni bir təklif mətni göndərdiyi bildirilib.

AFN.az xəbər verir ki, "Tesnim" Xəbər Agentliyinin yaydığı məlumata görə, Tehran rəhbərliyi Pakistan vasitəsilə Vaşinqtona 14 maddəlik yeni təkliflər paketi yönəldib.

İranın təqdim etdiyi təklifin əsasən müharibənin dayandırılmasına dair danışıqlar və ABŞ tərəfinin etimadı artıracaq addımları mövzusuna yönəldiyi qeyd olunub.

İran bundan əvvəl də ABŞ ilə danışıqlarda vasitəçilik edən Pakistan rəhbərliyinə müharibəyə son qoya biləcək bir razılaşma üçün yeni təklif verdiyini bəyan etmişdi.

ABŞ Prezidenti Donald Tramp mayın 3-də İsrailin "KAN" dövlət televiziyasına verdiyi müsahibədə İranın danışıqlarda irəli sürdüyü təklifi nəzərdən keçirdiyini və onu qəbuledilməz hesab etdiyini açıqlamışdı, bundan sonra ABŞ öz şərtlərinin yer aldığı yeni bir variantı Pakistan vasitəsilə İrana təqdim etmişdi.

İran da öz növbəsində mayın 10-da öz şərtlərini ehtiva edən yeni təklifini ABŞ-a çatdırılması üçün Pakistana göndərmişdi.

Tramp isə İranın bu təklifini "cavablarını bəyənmədim" deyərək şərh etmiş və hücum hədələrini yenidən təkrarlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu