ABŞ Polşa və Almaniyaya ediləcək hərbi yerləşdirmələrini ləğv etdi



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Avropada hazırda dislokasiya olunmuş hərbi qulluqçularını geri çəkmək əvəzinə, Polşa və Almaniyaya ediləcək yeni hərbi yerləşdirmələri ləğv etdiyi iddia olunub.

AFN.az xəbər verir ki, "Associated Press" (AP) agentliyinə açıqlama verən bəzi amerikalı rəsmilər Müdafiə naziri Pit Heqsetin Baş Qərargaha müvafiq fərman göndərdiyini bildiriblər.

Rəsmilər sözügedən fərmanda Heqsetin Avropadakı mövcud qoşunları geri çəkməkdənsə, Polşa və Almaniyaya planlaşdırılan hərbi yerləşdirmələrin ləğv edilməsi barədə tapşırıq verdiyini irəli sürüblər.

Ordu texnikasının böyük hissəsinin artıq Avropaya çatdığını və limanlarda gözlədiyini qeyd edən rəsmi şəxslər bu qərarla ABŞ-nin Avropadakı hərbi mövcudluğunun Rusiya və Ukrayna arasındakı müharibə başlamazdan əvvəlki səviyyəyə qayıdacağını qeyd ediblər.

Bu çərçivədə 4 min ABŞ əsgərinin bu həftə Polşaya doğru yola düşməyəcəyini diqqətə çatdıran rəsmilər, uzaqmənzilli raket və raket qurğularının atəşlənməsi üzrə təlim keçmiş digər bir taborun da Almaniyaya planlaşdırılan yerləşdirməsinin ləğv edildiyini iddia ediblər.

Rəsmilər bu dəyişikliyin Pentaqonun ayın əvvəlində Almaniyada yerləşən təxminən 5 min ABŞ əsgərinin geri çəkiləcəyini elan etməsindən sonraya təsadüf etdiyini bildiriblər.

NATO-dan adının açıqlanmasını istəməyən bir rəsmi isə ABŞ-nin Polşaya hərbi yerləşdirməni ləğv etmək qərarının alyansın çəkindirmə və müdafiə planlarına təsir göstərməyəcəyini qeyd edib.

Həmin rəsmi Kanada və Almaniyanın ittifaqın şərq cinahındakı varlıqlarını artırdıqlarını, bunun da NATO-nun ümumi gücünə töhfə verdiyini irəli sürüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu