Azərbaycan Premyer Liqasında XXXI tur: iki oyun olacaq


Misli Premyer Liqasında XXXI tura bu gün start veriləcək.

AFN.az “Report”a istinadən xəbər verir ki, turun açılış günündə iki matç keçiriləcək. İlk qarşılaşmada “İmişli”“Zirə” komandaları üz-üzə gələcək. Quba Olimpiya İdman Kompleksində baş tutacaq oyun saat 16:30-da başlayacaq.

Günün ikinci görüşündə artıq çempionluğunu rəsmiləşdirmiş “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək bu matçın start fiti saat 19:30-da səslənəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXXI turun digər qarşılaşmaları növbəti günlərdə keçiriləcək və tura mayın 10-da yekun vurulacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu