Premyer Liqada 27-ci tur başlayır


Bu gün Misli Premyer Liqasında 27-ci tura start veriləcək.

AFN.az xəbər verir ki, turun açılış günündə bir qarşılaşma baş tutacaq. “Karvan-Yevlax” doğma meydanda Gəncənin “Kəpəz” klubunu qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:30-da başlayacaq. Qarşılaşmanı Nicat İsmayıllının rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Misli Premyer Liqası 27-ci tur 10 aprel

“Karvan-Yevlax” – “Kəpəz” Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev. Məkan: Yevlax şəhər stadionu, 15:30.

Qeyd edək ki, bu oyun turnir cədvəlinin alt sıralarında qərarlaşan komandalar üçün xüsusi əhəmiyyət kəsb edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu