Hikmət Hacıyev diplomatların Qarabağa səfərindən paylaşım etdi
"Diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X” hesabında diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə dair paylaşımında bildirilir.
H. Hacıyev paylaşımında keçmişin unudulmaz olduğunu vurğulayıb: "Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsinə ən dərin hörmətimizi bildirdik”, - deyə o qeyd edib.
Qeyd edək ki, diplomatik korpusun üzvlərinin Qarabağa səfəri çərçivəsində regionda aparılan bərpa və quruculuq işləri ilə yaxından tanışlıq nəzərdə tutulub.


