ABŞ-ın saxladığı İran gəmisinin altı heyət üzvü azad edilib
Aprelin 20-də ABŞ tərəfindən saxlanılan İran konteyner gəmisinin altı heyət üzvü azad edilərək ölkəsinə qayıdıb.
AFN.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, "Touska" gəmisinin digər 22 heyət üzvü hələ də nəzarətdə saxlanılır və İran hakimiyyəti onların da azad olunması üçün səylərini davam etdirir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və prezident Donald Tramp gəminin Hörmüz boğazındakı marşrutu tərk etmək barədə hərbi tələblərə tabe olmadığı üçün saxlanıldığını bildiriblər.
Qeyd edək ki, ABŞ aprelin 13-dən etibarən Hörmüz boğazında dəniz blokadası tətbiq edir. Bu addım Tehranın yalnız onunla saziş bağlayan ölkələrin gəmilərinə keçid icazəsi verməsinə cavab olaraq atılıb.
