ABŞ müvəqqəti atəşkəs təklif edib



İranın "Fars" xəbər agentliyi yüksək rütbəli iranlı rəsmiyə istinadən bildirib ki, ABŞ üçüncü bir ölkə vasitəsilə İrana 48 saatlıq müvəqqəti atəşkəs təklifi göndərib.

AFN.az xəbər verir ki, sözügedən rəsmi şəxs İran ilə ABŞ və İsrail arasındakı mümkün atəşkəs danışıqları barədə mühüm açıqlamalar verib. "Fars" agentliyinin təhlilinə görə, bu atəşkəs təklifi ABŞ-ın regionda üzləşdiyi ciddi çətinliklər və itkilərdən sonra gündəmə gəlib.

Agentliyin qiymətləndirməsində qeyd olunur ki, İran tərəfi bu təklifə döyüş meydanında əməliyyatlarını davam etdirməklə cavab verib. Tehran rəhbərliyi hazırkı şəraitdə hərbi təzyiqi azaltmaq niyyətində olmadığını nümayiş etdirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu