İran 35 gündə 7 ərəb ölkəsinə azı 5850 hücum edib



İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq fevralın 28-dən bəri əksəriyyəti Körfəz bölgəsində olmaqla 7 ərəb ölkəsindəki ABŞ bazalarına və strateji nöqtələrinə ən azı 5850 raket və PUA zərbəsi endirdiyi bildirilir.

AFN.az xəbər verir ki, qarşılıqlı hərbi əməliyyatlar fonunda Körfəz ölkələrindəki bir çox mühüm obyekt hədəfə alınıb. Təhlillər göstərir ki, bu prosesdən ən çox təsirlənən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. Statistikaya görə, hücumların təxminən 15 faizi birbaşa İsrailə yönəlib.

Ölkələr üzrə zərərsizləşdirilən hədəflərin statistikası:

  • BƏƏ: 498 ballistik raket, 23 qanadlı raket və 2085 PUA;
  • Kuveyt: 319 ballistik raket, 9 qanadlı raket və 690 PUA;
  • Bəhreyn: 188 raket və 453 PUA;
  • Qətər: 216 ballistik raket və 102 PUA;
  • Səudiyyə Ərəbistanı: 87 raket və 883 PUA;
  • İordaniya: 278 raket və PUA;
  • Oman: 19 PUA.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb, İran isə buna cavab olaraq regiondakı ABŞ bazalarını hədəf seçib. Bu hücumlar nəticəsində İranın bir çox yüksək rütbəli rəsmisi həyatını itirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu