Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi apardı


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nordic-Baltic Eight" (Şimali Baltik Səkkizliyi) ölkələrinin siyasi direktorları ilə görüşüb.

AFN.az-ın xəbərinə görə, o bu barədə "X" sosial media hesabında yazıb.

"Nordic-Baltic Eight (NB8)" ölkələrinin siyasi direktorları ilə səmərəli fikir mübadiləsi apardım. Bu, NB8-in Azərbaycana ikinci belə səfəridir və biz məmnunuq ki, NB8 ilə Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələr inkişaf etməkdə davam edir", - paylaşımda qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu