20 yaşlı qız binadan yıxılıb öldü


Bu gün saat 01 radələrində Bakıda faciəvi hadisə baş verib.

Hadisə paytaxtın Yasamal rayonu, N.Nərimanov prospekti, ev 203 ünvanında qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Turan Adil qızı Şirinli yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu