Vüqar Qurbanov Eldar Mahmudovun əmisi oğlunu işdən çıxardı


Əli Mahmudov Nizami Tibb Mərkəzindəki vəzifəsindən azad edilib

Bir neçə gün əvvəl mediada sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Əli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunması ilə bağlı xəbər yayımlanmışdı.

"Unikal"ın əldə etdiyi məlumata görə, xəbər ictimailəşdikdən sonra Ə.Mahmudov işdən çıxarılıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd: Hələlik Əli Mahmudovun yerinə təyinat yoxdur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu