Tanınmış şirkətin rəhbəri və işçilərinə hökm oxundu


Külli miqdarda dələduzluq etməkdə ittiham olunan “Zamin Əmlak Agentliyi”nin əməkdaşlarının məhkəməsi başa çatıb.

Şirkətin direktoru Oqtay Zərbəliyev, eləcə də həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradova hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onlar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli biliniblər.

Hökmə əsasən, O. Zərbalıyevə 7 il 6 ay, N.Şahmuradova 6 il, O. Əliyevə isə 5 il həbs cəzası verilib.

Bildirilib ki, məhkəmədə 33 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Onların vətəndaşlara güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verməklə 1 490 200 manat aldığı qeyd edilib.

Qafqazinfo






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu