Tramp ABŞ-ın nüvə sınaqlarını bərpa edəcəyini təsdiqlədi


ABŞ prezidenti Donald Tramp "CBS News" telekanalına müsahibəsində ölkəsinin nüvə sınaqları keçirməyi planlaşdırdığını təsdiqləyib. Lakin o, bu sınaqların döyüş başlıqlarının partladılması ilə bağlı olub-olmadığını dəqiqləşdirməkdən imtina edib.

AFN.az xəbər verir ki, Tramp həmçinin ABŞ-ın nüvə silahının necə işlədiyini görmək üçün sınaqlara ehtiyac duyduğunu bildirib. O qeyd edib ki, Rusiya sınaq keçirəcəyini elan edib. “Şimali Koreya isə davamlı şəkildə nüvə silahını sınaqdan keçirir. Mən istəmirəm ki, biz bu silahları sınaqdan keçirməyən yeganə ölkə olaq. Demək istəyirəm ki, biz də digər ölkələr kimi nüvə silahını sınaqdan keçirəcəyik”, – deyə ABŞ lideri əlavə edib.

Tramp vurğulayıb ki, Rusiya nüvə silahlarını sınaqdan keçirir, Çin isə eyni şeyi edir, sadəcə media bundan xəbərsizdir.

Xatırladaq ki, Tramp 29 oktyabrda nüvə sınaqlarının bərpası barədə qərar qəbul olunduğunu açıqlayıb. Lakin nə o, nə də ABŞ administrasiyasının digər rəsmiləri bu sınaqların partlayış testlərini əhatə edib-etmədiyini dəqiqləşdirməyiblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu