ABŞ 30 ildən sonra yenidən nüvə silahı sınaqlarına başlayır


ABŞ Prezidenti Donald Tramp ölkəsinin 30 ildən artıq müddətdir dayandırdığı nüvə silahı sınaqlarının yenidən başladılması barədə göstəriş verib. Tramp bu qərarına səbəb kimi RusiyaÇin kimi ölkələrin öz sınaq proqramlarında irəliləyiş əldə etməsini göstərib.

Tramp sosial media hesabında paylaşım edərək bildirib ki, digər ölkələrin apardığı sınaq proqramları səbəbindən Müdafiə Nazirliyinə nüvə silahı sınaqlarını bərabər əsasda yenidən başlatmaq tapşırığı verib.

Paylaşım Trampın Çin Dövlət Başçısı Si Cinpinqlə Cənubi Koreyada keçirəcəyi görüşdən əvvəl yayımlanıb.

ABŞ-ın dünyanın ən çox nüvə silahına sahib ölkə olduğunu qeyd edən Tramp, Rusiyanın ikinci, Çinin isə üçüncü yerdə olduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp bir neçə gün əvvəl Rusiyanın “sonsuz mənzilli” nüvə mühərrikli raketini sınaqdan keçirməsini qınamışdı. Bununla belə, yeni qərarı ilə ABŞ-ın uzun illərdir qüvvədə olan nüvə sınaqları moratoriumunu faktiki olaraq ləğv etmiş oldu.

Tramp paylaşımında nüvə silahlarının böyük dağıdıcı gücünün fərqində olduğunu, lakin birinci prezidentlik dövründə ABŞ arsenalını yeniləməkdən başqa çıxış yolunun qalmadığını bildirib. O, həmçinin Çinin nüvə proqramının beş il ərzində ABŞ səviyyəsinə yaxınlaşacağını iddia edib.

Tramp sınaqların necə aparılacağı barədə təfərrüat açıqlamasa da, prosesin dərhal başlayacağını bildirib.

Xatırladaq ki, ABŞ-ın son nüvə sınağı 23 sentyabr 1992-ci ildə Nevada ştatındakı yeraltı mərkəzdə “Divider” kod adı ilə həyata keçirilib. Los Alamos Milli Laboratoriyasının məlumatına görə, bu, ölkənin həyata keçirdiyi 1.054-cü nüvə sınağı olub.

Nevada sınaq sahəsi bu gün də ABŞ hökuməti tərəfindən idarə olunur. Smithsonian İnstitutuna bağlı Nüvə Elmi və Tarixi Muzeyinin məlumatına əsasən, zəruri hesab edildiyi halda sahədə yenidən nüvə sınağı keçirilməsinə icazə verilə bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu