Tokayev Azərbaycana gəlir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.
“Sputnik Qazaxıstan”ın məlumatına görə, Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək XII Zirvə görüşündə iştirak edəcək.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.




