Tramp: Əliyev və Paşinyan mənim yaxşı dostlarımdır

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan mənim yaxşı dostlarımdır.
Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.
"Onilliklər boyu davam edən müharibə və ölümdən sonra Sülh Müqaviləsi imzaladığımız zaman Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə olmaqdan böyük şərəf. Bunlar iki gözəl insan və Böyük Rəhbərdir. İndi onlar mənim yaxşı dostlarımdır!", deyə Tramp qeyd edib.