Qurbanqulu Berdiməhəmmədov Fəxri Xiyabanı və Zəfər parkını ziyarət edib


Ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu gün Fəxri xiyabanı ziyarət edib.



Qurbanqulu Berdiməhəmmədov xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarına əklil qoyub.



Türkmənistan Xalq Məsləhətinin sədri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.



***



Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Bakıdakı Zəfər parkını da ziyarət edib.



Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkmənistan Xalq Məsləhətinin sədri Zəfər abidəsinin önünə əklil qoyub.



Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, tarixi Zəfərin əbədiləşdirilməsişəhidlərin xatirəsinin ucaldılması məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.



Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzikimi hündürlüyü 44 metr, eni 22 metr, 44 sütunlu Zəfər tağı inşa edilib.



Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışıolub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu