Aİ Ukraynaya vəd etdiyi mərminin 80 faizini çatdırıb

Avropa İttifaqı 2025-ci ildə Ukrayna qoşunlarına 2 milyon mərmi tədarük etmək vədinin 80%-ni yerinə yetirib.
AFN.az xəbər verir ki, bunu Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.
"Ukrayna üzrə bizim mərmi təşəbbüsümüzün 80%-i yerinə yetirilib, lakin biz hələ də daha çox iş görməliyik", - deyə o qeyd edib.
Kallas Aİ-nin 2025-ci ilin əvvəlindən Kiyevə faktiki olaraq neçə mərmi tədarük etdiyini dəqiqləşdirməyib. O, 80% dedikdə nə demək istədiyini də izah etməyib: ilin sonuna qədər 2 milyon mərmi tədarükünün əsasını təşkil edən tədarükün faktiki həcmi və ya Avropa İttifaqında mərmi istehsalının və alışının genişləndirilməsi.
Aİ-nin 2023-2024-cü illərdə Ukraynaya 1 milyon 155 mm mərmi çatdıra bilməməsindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen assosiasiyanın 2025-ci ilin sonuna kimi istehsala başlayacağını və Kiyevə 2 milyon mərmi çatdıra biləcəyini vəd edib.