Paşinyan İstanbulda Ərdoğanla görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan 20 iyun tarixində işgüzar səfərlə Türkiyənin İstanbul şəhərinə yollanacaq.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun açıqlama verib.
O bildirib ki, səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla Paşinyan arasında görüş keçiriləcək.
Qeyd edək ki, Paşinyan sonuncu dəfə 2023-cü ilin iyun ayında Türkiyəyə səfər etmişdi.