İran nüvə sazişinə açıqdır: Nazir Əraqçidən şərtli açıqlama


İran nüvə silahı əldə etməsinin qarşısının alınmasına yönəlmiş yeni bir sazişə imza atmağa hazır olduğunu bildirib.



AFN.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.



“İranın nüvə silahı əldə etməməsinə zəmanət verən istənilən razılaşmanı qəbul etməyə hazırıq. Amma əgər belə bir saziş ölkəmizin qanuni hüquqlarını – xüsusilə də dinc məqsədlərlə nüvə enerjisindən istifadə haqqını əlindən almağı hədəfləyirsə, bu cür razılaşmanı qəbul etməyəcəyik”, – deyə nazir bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu