Qəzzada 24 saatda 81 nəfər ölüb

İsrailin Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 81 nəfər həlak olub.
AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilir ki, ölənlərdən 53 nəfəri Qəzza şəhərinin bombalanmasının qurbanı olub. İsrail ordusu onun ətraflarını atəşə tutmaqda davam edir, həmçinin Fələstin anklavının cənubundakı Xan Yunis şəhərinə də zərbələr endirir.
Mayın 18-də İsrail Müdafiə Qüvvələri “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib.