İsrail ordusu Qəzza zolağının cənubunda quru əməliyyatına başladığını elan etdi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisində quru əməliyyatına başladığını elan edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat ximdətindən açıqlama verilib.
"Son bir neçə saat ərzində İDF qoşunları Rəfah şəhərinin Şabura bölgəsində quru əməliyyatına başlayıb. Bu əməliyyat çərçivəsində qoşunlar bir sıra terrorçuların hədəflərini məhv ediblər", - deyə açıqlamada bildirilir.
Eyni zamanda, İDF qoşunlarının Qəzzanın şimalında və mərkəzində quru əməliyyatlarını davam etdirdiyi qeyd edilib.