ABŞ-da texniki nasazlıqlar yaşanan hava limanında uçuşlar azaldılır


ABŞ Federal Aviasiya Administrasiyası (FAA) texniki problemlər və personal çatışmazlığı səbəbilə ciddi gecikmələrin və ləğv olunan reyslərin yaşandığı "Newark Liberty" Beynəlxalq Hava Limanında uçuşların sayının müvəqqəti azaldılacağını açıqlayıb.



New Jersey ştatında yerləşən hava limanı ilə bağlı FAA tərəfindən verilən rəsmi bəyanatda uçuşların azaldılması qərarının bölgədəki tikinti işləri, personal yetersizliyi və avadanlıq nasazlıqları səbəbilə yaranan problemlərin qarşısını almaq məqsədi daşıdığı bildirilib.



Saatlıq reys limitləri tətbiq olunacaq



Məlumatda vurğulanıb ki, hazırda tikintisi davam edən uçuş-enmə zolağı tamamlanana qədər, hava limanında saatda maksimum 28 uçuş və enişə icazə veriləcək.



Tikinti işlərinin iyun ayının ortasında başa çatması gözlənilir. Bu tarixdən sonra isə 25 oktyabra qədər bu limit saatda 34 uçuşla məhdudlaşdırılacaq.



FAA həmçinin hava limanında yeni texniki avadanlıqların istifadəyə veriləcəyini, hava hərəkəti dispetçerlərinin sayının artırılacağını qeyd edib.



Eyni zamanda, uçuşların ləğv və gecikmə riskini minimuma endirmək üçün tətbiq edilən bu məhdudiyyətlərin lazım gəldikdə dəyişdirilə biləcəyi də açıqlanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu