“Yeni Klinika” 822 min manatlıq tender elan edib

“Yeni Klinika” publik hüquqi şəxsi ümumi dəyəri 821.733,14 AZN olan tenderlər elan edib.
AFN.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müəssisə bir gündə 5 tender elan edib. May ayının 12-də elan edilən satınalmaların ümumi məbləği 822 min manat edir. Tenderlər dəftərxana ləvazimatlarının satın alınması üçün 91.566,82 AZN, təsərrüfat və santexnika malları üçün 401.436,35 AZN, printerlərin katricləri üçün lazım olan ehtiyyat hissələri və sərf materialları üçün 45.193,61 AZN, çamaşırxana, qida təminatı və digər şöbələrdə olan avadanlıqların təmiri ilə bağlı ehtiyat hissələrin alınması, quraşdırılması, müxtəlif xidmətlər və illik servis xidməti üçün 167.454,98 AZN və əl alətləri, elektrik və digər mallar üçün 116.081,38 AZN təşkil edir.
Tenderlərin hamısının bitmə vaxtı 04.04.2025-ci il tarixidir.