"Google" on ildən sonra ilk dəfə öz loqosunu yeniləyib


Amerikanın "Google" korporasiyası on ildən sonra ilk dəfə olaraq öz loqotipini yeniləyib.



Bu barədə 9to5google nəşri məlumat yayıb.

Yeniləmənin bir hissəsi olaraq "Google" G hərfindəki açıq rəngli sektorları gradientlə əvəz edib. Eyni zamanda şirkət əvvəlki şrifti saxlayıb. Loqonun bu versiyası artıq iOS-da "Google" tətbiqində göstərilir.

Qeyd edək ki, korporasiya loqosunu sonuncu dəfə 2015-ci il sentyabrın 1-də yeniləyib. Daha sonra şrift dəyişdirilib. Həmçinin kiçik G hərfi böyük hərflə əvəz edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu