Vitkoffdan Rusiya rəhbərliyi ilə danışıqlarını tənqid edənlərə sərt cavab

ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff onun Rusiya rəhbərliyi ilə təmaslarını tənqid edənlərə sərt cavab verib.
AFN.az xəbət verir ki, o, bunu "Breitbart News"a müsahibəsində ABŞ prezidenti Donald Tramp administrasiyasının beynəlxalq danışıqlara yanaşmasını müdafiə edərək bildirib.
“Rusiya prezidenti Vladimir Putinlə danışmalı olmamağımız barədə fikir absurddur”, - deyə Vitkoff bildirib. O qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden üç il yarımdır Putinlə danışmır.
"Prezident Trampın göstərişi ilə mən münaqişənin əsas iştirakçısı olan prezident Putinlə əlaqə saxladım. Əgər onunla danışmasaq, problemin həllinə necə ümid edə bilərik?" - deyə Vitkoff qeyd edib.
Xüsusi nümayəndə Qəzza zolağında HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların azad edilməsi üçün aparılan danışıqları misal çəkib: "Əvvəlki administrasiya heç bir nəticə vermədən 15 ay danışıqlar apardı. Biz səmərəsiz prosesi düzəltdik və çoxlu girovları sağ-salamat qaytardıq".
Vitkoff Dövlət Departamentinin ənənəvi yanaşmasını tənqid edib. "İnsanlar köhnə üsulla işləməyə öyrəşiblər - bu, inert, bürokratik və səmərəsizdir. Mənim Putinlə danışıqlarım kənar şəxslər olmadan aparıldı. Bu, daha yaxşı nəticə verdi - mən bundan sonra rəhbərliyimizi ətraflı məlumatlandırdım", - deyə o, əlavə edib.