Lukaşenko: Belarus Çinlə əməkdaşlığı inkişaf etdirməyə hazırdır

Belarus öz siyasətini Çinlə əməkdaşlığın daha da inkişafı istiqamətində qurmağa, onun üçün Avropaya pəncərə kimi faydalı olmağa hazırdır.
AFN.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Çinin CGTN telekanalına müsahibəsində deyib.
"Hər şey Çindən asılıdır. Əgər münasibətlərimizi bugünkü kimi qurmağa davam etsək, bizim yaxşı perspektivlərimiz var. Bu gün siz başa düşdünüz ki, bizə həqiqətən ehtiyacınız var. Ona görə ki, bütün cinahlardakı gərginlik və Çin üçün Avropaya yeganə pəncərə burada davam edə bilər, Avropa hissəsində bu, Belarusdur", - deyə Lukaşenko bildirib.
Dövlət başçısı qeyd edib ki, Minsk iqtisadi və texnoloji sahədə köməyə görə Çinə minnətdardır. “Siz bizə bizdə olmayan bir çox texnologiyaları ötürdünüz və maliyyə dəstəyi göstərdiniz”, - deyə prezident əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.