HƏMAS-ın Livandakı komandiri İsrailin hava hücumu nəticəsində ölüb


HƏMAS hərəkatı İsrailin hava hücumu nəticəsində Livandakı hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının komandirinin öldüyünü təsdiqləyib.


AFN.az xəbər verir ki, bu barədə hərəkatın telegram hesabında məlumat yayılıb. "Hərbi lider Xalid Əhməd əl-Əhməd Livanın cənubundakı Səidə şəhərində səhər namazı üçün məscidə gedərkən öldürülüb", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, yaraqlılar verdikləri itkilərə baxmayaraq, işğala qarşı müqavimət göstərməyə və Qəzza xalqını qorumağa davam edəcəklər.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Livandakı hərbi qanadının Qərb briqadasının komandirinin hədəfli zərbə ilə məhv edildiyi barədə məlumat vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu