Bakıda 2 ildir bağlı olan İran Bankı açıldı - YENİLƏNİB


“Mehr” agentliyinin məlumatına görə, İran Milli Bankının Bakı filialının fəaliyyətə başlaması, eyni zamanda İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfərinin iqtisadi nəticələrindən biri kimi diqqət çəkir.

***

İran Milli Bankının Bakı filialı (“Bank Melli İran-Baku”) fəaliyyətini tam bərpa edib.


AFN.az xəbər verir ki, bu barədə APA-ya filialdan məlumat verilib.

Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu