Nanotexnologiyada yeni dövr başladı: Alimlər tardiqrad üzərində tatuajlar etdilər

Alimlər mikroskopik canlılar olan tardiqradların bədənlərinə nanoölçülü naxışlar həkk etməyi bacarıblar. Bu proses gələcəkdə canlı orqanizmlərdən hazırlanmış sensorlar və robotların istehsalına yol aça bilər.
Danimarka Texniki Universitetindən optik mühəndisi Ding Zhao və komandası bu işin yalnız bir mikrotatu layihəsi olmadığını, eyni zamanda bakteriya kimi digər canlılara da tətbiq oluna biləcək yeni bir texnologiya hazırladıqlarını açıqlayıb.
Bu texnika ilə alimlər canlı orqanizmlərin bədən səthlərində 70 nanometrə qədər kiçik naxışlar çəkə bilirlər. Müqayisə üçün deyək ki, insan saçının eni təxminən 80.000 nanometrdir. Tardigradlar təxminən 500.000 nanometrə çata bilər.
Nə üçün tardiqradlar seçildi?
Tardigradlar, həddindən artıq temperatur, radiasiya və kosmos kimi ekstremal şəraitdə sağ qala bilən canlılar kimi tanınır. Bunun səbəbi pis ekoloji şəraitdə özlərini quruda və tun adlı sağ qalma rejiminə keçə bilmələridir. Bu rejimdə onların metabolizmi demək olar ki, tamamilə dayanır.
Tədqiqatçılar ilk olaraq tardiqradları bu xüsusi vəziyyətə gətiriblər. Daha sonra döymə prosesi -143 dərəcəyə qədər soyudulmuş vakuum kamerasında buz litoqrafiyası adlı texnika ilə həyata keçirilib.
Tatu necə çəkilib?
Soyudulmuş tardiqradların üzərinə anizol adlı maye maddə səpilib. Sonra elektron şüa göndərərək maddə ilə kimyəvi reaksiya yaradılıb və naxış tardiqradın dərisinə həkk olunub. Bu proses zamanı tardiqradlar zərər görməmək üçün diqqətlə qorunub.
Nəticələr necə olub?
Prosedurdan sonra canlanan tardiqradların 40 faizi sağ qalıb və normal hərəkət etməyə davam edib. Üstəlik, bu mikro döymələr yuyulmasına, qurudulmasına və uzanmasına baxmayaraq, pozulmayıb.
Bəs bu nə üçün vacibdir?
Bu təcrübə gələcəkdə nanosensorların, biomimetik cihazların və hətta canlı mikrorobotların istehsalı istiqamətində böyük addım kimi qiymətləndirilir. Hələlik yalnız tardiqradlar bu prosesə dözə biləcək qədər möhkəmdirlər, lakin texnika inkişaf etdikcə bunun digər canlılarda da sınanması hədəflənir.
Danimarka Texniki Universitetindən Dinq Zhao "Bu, sadəcə bir döymə deyil, canlı sistemlərlə işləyən nanotexnologiyanın gələcəyinə bir addımdır" deyib.