Zelenski: Ukrayna atəşkəsdən sonra Rusiya ilə danışıqlara hazırdır

Əgər Rusiya atəşi dayandırsa, biz oturub danışmağa və müharibəni dayandırmaq üçün növbəti addımlara keçməyə hazırıq.
AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Hər şeyi tez razılaşdırmaq mümkün olmayacaq. Biz 12 ildir mübarizə aparırıq, bu, artıq Rusiya ilə ümumilikdə razılaşmanın mümkün olub-olmamasına cavabdır. Bu, ritorik sualdır, Rusiya ilə tez bir zamanda razılaşmaq olar? Xeyr. Moskvaya təzyiq olmadan bu mümkün deyil", - deyə o qeyd edib.
Zelenskinin sözlərinə görə, Ukrayna bunun üçün ilk addım kimi özü üçün tez, ədalətli sülh və qeyd-şərtsiz atəşkəs istəyir.