ABŞ-ın keçmiş senatoru Bob Menendesin həyat yoldaşı günahkar bilinib


Keçmiş ABŞ senatoru Bob Menendesin həyat yoldaşı Nadine Menendes (Arslanyan) biznes əlaqələri və hüquqi problemlərlə bağlı kömək istəyən üç Nyu Cersili kişidən nəğd pul, külçə qızıl və lüks avtomobil şəklində rüşvət almaqda təqsirli bilinib.


Onun bu əməlləri həyat yoldaşı ilə əlbir olaraq törətdiyi bildirilir.

AFN.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Məhkəmə onun barəsində bütün maddələr üzrə hökm çıxarıb. Manhettendəki eyni federal məhkəmədə başqa bir heyət ötən keçən il Bob Menendesi eyni ittihamlarla məhkum edib.

O, iyun ayında 11 illik həbs cəzasını çəkməyə başlayacaq.

Nadin Menendezin hökmü iyunun 12-də çıxacaq.

Menendeslər özlərini təqsirli bilməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu