Livanda PUA hücumu nəticəsində islamçı komandir öldürülüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Beyrutun cənubunda İslam Müqaviməti döyüşçülərini daşıyan avtomobilə hücum edib.
AFN.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilir ki, hücum Damur şəhəri ərazisində maşına edilib, nəticədə Quvat əl-Fəcr bölmələrinin səhra komandirlərindən biri Hüseyn Attavi öldürülüb.
Telekanal qeyd edir ki, bu birləşmələr “Hizbullah” şiə milislərinin müttəfiqi olan “Əl-Cəmaə əl-İslamiyyə” sünni təşkilatının silahlı qanadıdır.