Həmin dövlət qurumlarının rəhbərləri bura gəlsin, suallarımızı verək - deputat


“Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunmasını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq”.


Bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

“Çünki Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır. Bu qədər asan yanaşma?! Maraqlıdır, hansı məsuliyyətə cəlbetmə halları, maliyyə sanskiyaları həyata keçirilib?

Kimlərsə vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma, istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”, - deyə millət vəkili qeyd edib.

Qafqazinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu