Mask solçu hücumlarından yorulduğu üçün hökumətdən uzaqlaşmaq istəyir

Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask solçulardan gələn hücumlardan bezdiyi üçün ABŞ hökumətindəki işini tərk etmək istəyir.
AFN.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.
“Mask solçulardan gələn xoşagəlməz və qeyri-etik hücumlardan bezdiyi üçün getmək istəyir”, – deyə nəşr iddia edir.
Məqalədə qeyd edilir ki, Maskın xüsusi dövlət işçisi statusu may ayında başa çatır. Onun səlahiyyət müddətinin uzadılıb-uzadılmayacağı hələlik məlum deyil.