Müflis olma ilə bağlı məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən bir sıra arayışlar “etender.gov.az” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib.


AFN.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dövlət satınalmalarının vahid internet portalı ilə “Elektron məhkəmə” informasiya sistemi arasında aparılan inteqrasiya prosesi nəticəsində Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən “Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi” və “Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” haqqında arayışları bundan sonra onlayn rejimdə portal vasitəsilə əldə etmək mümkün olacaq.

Arayışların portal vasitəsilə əldə edilməsi barədə qaydalarla linkə keçid edərək tanış olmaq mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu