MAQATE-nin İran və ABŞ arasında danışıqlara başlaması hələ tezdir - Əraqçi


Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) vaxtında İranın nüvə proqramı ətrafında yaranmış böhranın həllində müsbət rol oynayacaq, lakin onun ABŞ-la danışıqlarda iştirak etməsi hələ tezdir.


AFN.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Agentlik bu prosesin bir hissəsi olacaq və mühüm rol oynayacaq. Onun mövcudluğu faydalıdır, lakin hələlik bu danışıqlar çərçivəsində deyil, çünki biz bunun zəruri olduğu mərhələyə hələ çatmamışıq", - deyə o, IRNA-ya müsahibəsində vurğulayıb.

Xarici işlər naziri qeyd edib ki, MAQATE yeganə təşkilatdır ki, İrana nüvə obyektlərinə giriş icazəsi verir və nəzarət və monitorinq üçün bütün məsuliyyət onun üzərinə düşür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu