İran XİN: ABŞ Tehranın dialoqa razılıq verməsini qiymətləndirməlidir


Birləşmiş Ştatlar Vaşinqtonun Tehrana qarşı davam edən aqressiv ritorikasına baxmayaraq, İranın danışıqlara razılıq verdiyini qiymətləndirməlidir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqayi bildirib.

"Tam ciddilik və aşkar ehtiyatla biz diplomatiyaya real şans veririk. ABŞ onların tərəfində üstünlük təşkil edən aqressiv ritorikaya baxmayaraq qəbul edilən bu qərarı yüksək qiymətləndirməlidir"- deyə o, X-də yazıb.

Beqayinin sözlərinə görə, İran tərəfi şənbə günü danışıqlarda Vaşinqtonun mövqeyini dəyərləndirmək və ondan sonra cavab vermək niyyətindədir.

İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də Omanda baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu