Lion şəhərinin bələdiyyə başçısı Qreqori Duce saxlanılıb


Lion şəhərinin bələdiyyə başçısı Qreqori Duce dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə aparılan ilkin istintaq çərçivəsində saxlanılıb.


Fransa mətbuatında təhlükəsizlik mənbələrinə əsaslanan xəbərə görə, Duce korrupsiya ittihamı ilə açılan ilkin istintaq çərçivəsində yerli vaxtla saat 08:00-da saxlanılıb. Bildirilib ki, istintaq çərçivəsində Ducenin polis idarəsində maliyyə polisi tərəfindən dindirilməsi davam etdirilir.

"Le Figaro" qəzetinə verdiyi açıqlamada bələdiyyə rəsmiləri Ducenin korrupsiya ittihamı ilə saxlanmasının istintaqın normal mərhələsi olduğunu və başçının məhkəmə orqanları ilə tam əməkdaşlıq etdiyini bildirib.

Bildirilir ki, 2016-2020-ci illər arasında 24 nəfərin Lion bələdiyyəsi tərəfindən qeyri-qanuni işə götürülməsi ittihamı da istintaq çərçivəsindədir.

Lion bələdiyyəsində uzun illərdir icazə verilən saydan artıq işə götürülmənin davam etdiyi müəyyən edilib və bunun dövlət pulunu mənimsəmək məqsədi ilə olduğu iddiası istintaq tərəfindən araşdırılır.

Yaşıllar partiyasından olan Duce 2020-ci ildən ölkənin üçüncü ən böyük şəhəri olan Lionun bələdiyyə başçısıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu