Polis korrupsiya araşdırması çərçivəsində Paris bələdiyyəsində əməliyyat keçirib


Fransa polisi Paris merini korrupsiya və qeyri-qanuni qazanc əldə etməkdə ittiham edən istintaq çərçivəsində şəhər meriyasında əməliyyat keçirib.


“France Info”nun məlumatına görə, Milli Maliyyə Prokurorluğu (PNF) tərəfindən 2023-cü ilin noyabrında korrupsiya ittihamları ilə Paris meri Anne Hidalqoya qarşı açdığı istintaq çərçivəsində Hotel de Ville kimi tanınan Paris meriyasında axtarış aparılıb.

Bələdiyyə sədri Hidalqonun verdiyi açıqlamada, ona qarşı irəli sürülən ittihamlar qarşısında rahat və arxayın olduğunu bildirib.

Hidalqo ədalətin həqiqəti üzə çıxaracağına inandığını bildirib.

Korrupsiyaya qarşı mübarizə birliyi Hidalqonun 16 oktyabr - 5 noyabr 2023-cü il tarixləri arasında Fransız Polineziyası və Yeni Kaledoniyaya səfəri zamanı bələdiyyə büdcəsindən şəxsi xərcləri üçün istifadə və qeyri-qanuni fayda əldə etdiyini iddia edərək, mer əleyhinə şikayət etmişdi.

Bundan sonra PNF 2023-cü ilin noyabrında Hidalqoya qarşı araşdırma başladıb.

Qeyd edək ki, Sakit okeandakı Fransız Polineziyası və Hind-Sakit Okeandakı Yeni Kaledoniya Fransanın xaricdəki əraziləri arasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu