Çin Trampın rüsumlarına cavab olaraq güclü tədbirlər görməyə hazırlaşır

Çin hakimiyyəti ABŞ prezidenti Donald Trampın 104 faizlik rüsumlarına cavab olaraq qəti tədbirlər görəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
"Biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qəti və təsirli tədbirlər görməyə davam edəcəyik", - deyə o, Çin məhsullarına rüsumkarı 104 faiz səviyyəsində saxlamaq niyyətində olan Ağ Ev rəhbərinin proteksionist tədbirlərini şərh edərkən bildirib.
Diplomat əlavə edib ki, Pekin Çinin suverenliyini, inkişaf maraqlarını və təhlükəsizliyini pozan hərəkətlərə dözməyəcək.