Aİ ABŞ-ın tətbiq edəcəyi tariflərə dərhal cavab veriləcəyini açıqladı

Avropa Birliyi ABŞ prezidenti Donald Trampın vəd etdiyi Avropa mallarına tətbiq ediləcək 25%-lik gömrük rüsumlarına tezliklə qəti cavab verəcək.
AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) yaydığı bəyanatda deyilir.
"AK Amerikanın gömrük rüsumlarına dərhal və qəti şəkildə cavab verəcək" - deyə sənəddə qeyd edilir.
Qurumun bəyanatında Trampın "Aİ ABŞ-ı istismar etmək üçün yaradılıb və bunu uğurla həyata keçirib" ifadələrinə də münasibət bildirib. Brüssel AB-nin dünyanın ən böyük bazarı olduğunu və ABŞ üçün böyük uğur olduğunu vurğulayıb.