Çin AB idxal rüsumlarına etiraz edir
Çin Avropanın Çinin elektrik avtomobillərinə tətbiq etdiyi tariflərə etiraz edir və şirkətlərinin qanuni maraqlarını qorumaq üçün tədbirlər görəcək.
AFN.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.
"Qəti etiraz edirik. Çin həmişə konkret iqtisadi və ticarət məsələlərinin məsləhətləşmələr və dialoqlar yolu ilə düzgün həll edilməli olduğu fikrini saxlayır. Çin öz qanuni hüquq və maraqlarını effektiv şəkildə qorumaq üçün lazımi tədbirlər görəcək", - deyə XİN sözçüsü bildirib.