Bessent: Rüsumların azaldılması ABŞ-da yeni iş yerlərinin yaradılmasından asılı olacaq


ABŞ-ın ticarət siyasətinin yumşaldılması birbaşa ölkədə yeni iş yerlərinin yaradılmasından asılı olacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

"Biz rüsum divarı qurarkən əsas məqsədimiz iş yerlərini Birləşmiş Ştatlara qaytarmaqdır. Qısa müddətdə biz çoxlu rüsumlar toplayacağıq. Əgər uğur qazansaq, rüsumlar əriyən buz kubu kimi olacaq: onlardan əldə olunan gəlirlərlə ABŞ-da yeni bizneslər yaranır. Rüsumların aşağı salınması ilə əməkhaqqından vergilərin yığılması hesabına yeni müəssisələrdən almağa başlayacağımız gəlirlər arasında müəyyən uyğunluq olmalıdır" - deyə maliyyə naziri qeyd edib.

Bessentin sözlərinə görə, digər ölkələrlə idxal rüsumlarının azaldılması ilə bağlı danışıqlarda rüsumların azaldılması deyil, qeyri-rüsum maneələrinin aradan qaldırılması daha vacib olacaq. "Bütün bunlar müzakirə olunur" - deyə o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu