Tramp "TikTok" razılaşmasının uğursuzluğunun səbəbini açıqladı


"TikTok"un ABŞ-dakı aktivlərinin alınması ilə bağlı sövdələşmə ABŞ administrasiyasının bütün Çin məhsullarına əlavə rüsumlar tətbiq etməsindən sonra Çinin sazişin şərtlərini yenidən müzakirəyə çıxarması nəticəsində pozulub.


AFN.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Bizim bir razılaşmamız var idi, daha doğrusu, buna kifayət qədər yaxın idik, lakin sonra Çin tariflərə görə şərtləri dəyişdi”, - deyə ABŞ prezidenti bildirib. Lakin o, dəqiq nəyin dəyişdiyini açıqlamayıb. “Tarifləri bir az da endirsəydim, 15 dəqiqəyə bu sövdələşməni təsdiq edərdilər” - deyə Tramp qeyd edib.

Amerika liderinin sözlərinə görə, hazırkı vəziyyət “tariflərin gücünü göstərir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu