Qazprom: Avropa yayda təbii qaz çənlərini doldurmaqda çətinlik çəkəcək

Rusiyanın enerji şirkəti "Qazprom" Avropanın etibarlı təbii qaz tədarükçülərinin getdikcə azaldığını və gələn ilin yayında yeraltı anbarları doldurmaqda çətinlik çəkəcəyini iddia edib.
"Qazprom" tərəfindən verilən şərhdə, Avropa təbii qaz sektorundakı hadisələrlə bağlı qiymətləndirmələrə yer verilib.
Açıqlamada Avropa ölkələrinin yeraltı anbarlarda sürətlə təbii qaz istehlak etdiyi vurğulanıb və martın 31-nə bu anbarlarda 34,3 milyard kubmetr qazın qaldığı bildirilib.
Açıqlamada Avropada anbarlardan çıxarılan qazın miqdarının rekord həddə çatdığı qeyd edilib və havaların mövsümi normalarda qalmasına baxmayaraq, bu rekorda nail olunduğu vurğulanıb.
Avropanın doldurma dövrünə xeyli boş çənlərlə başlayacağı bildirilən açıqlamaya “Etibarlı qaz ehtiyatlarının azaldığını nəzərə alsaq, Avropa bu yay yeraltı çənləri doldurmaqda və gələn qışa hazırlaşmaqda çətinlik çəkəcək” ifadəsi əlavə edilib.
Ukrayna müharibəsindən əvvəl Avropanın ən böyük təbii qaz tədarükçüsü olan "Qazprom"un təxminən 50 il davam edən boru kəməri investisiyaları 2022-ci ilə qədər qitədəki bazar payını 40 faizə çatırıb.
Sanksiyalar səbəbiylə müştərilərini ABŞ, Qətər və Norveç kimi mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçülərinə itirən "Qazprom" keçən il Avropaya təxminən 15 milyard kubmetr təbii qaz nəql edərkən, 2021-ci ildə bu həcm 201,7 milyard kubmetr olub.